Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində müəllimlərimizin uğurlu iştirakı

Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində müəllimlərimizin uğurlu iştirakı
Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi çərçivəsində keçirilən “Təlimçilər üçün təlim” proqramında məktəbimizin müəllimləri Mirzəyeva Elmira və Abbasova Humay uğurla iştirak etmişlər.
Təlimlər Braziliyanın “IDEIA Space” şirkətinin baş direktoru Leonardo Souza, mühəndis Rafael Paiva Lobo və mütəxəssis Matheus Six tərəfindən aparılmışdır. Dörd gün davam edən bu intensiv proqram müəllimlərin kosmik texnologiyalar sahəsində bilik və bacarıqlarını artırmaq, onları peyk modellərinin yaradılması üzrə şagirdlərlə işləməyə hazırlamaq məqsədi daşıyırdı.
Bu təşəbbüsün əsas məqsədi gənc nəslin kosmik elmlərə marağını artırmaq, elmi-texniki bilikləri inkişaf etdirmək və şagirdlərdə innovativ düşüncə tərzini gücləndirməkdir.
Müəllimlərimizi bu nailiyyət münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
#SPACEAcademy #KOSMİKAkademiya #ElmVəTəhsil #İnnovasiya