Milli Azərbaycan Tarixi Muzeyinə Maarifləndirici Ekskursiya

Milli Azərbaycan Tarixi Muzeyinə Maarifləndirici Ekskursiya

Şagirdlərin tarixi biliklərini zənginləşdirmək, onların xalqımızın keçmişinə, maddi və mənəvi irsinə daha dərindən bələd olmalarını təmin etmək məqsədilə Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil olunmuşdur.

Ekskursiya zamanı şagirdlər muzeyin müxtəlif zallarını gəzmiş, qədim dövrlərdən müasir dövrədək uzanan geniş tariximizi əks etdirən eksponatlarla yaxından tanış olmuşlar. Burada sərgilənən maddi mədəniyyət nümunələri, silahlar, geyimlər, sənətkarlıq nümunələri və sənədlər şagirdlərdə dərin maraq doğurmuş, onlara tarix dərslərində öyrəndikləri bilikləri əyani şəkildə dərk etməyə imkan vermişdir.

Tariximizə səyahət xarakteri daşıyan bu ekskursiya şagirdlər üçün həm maarifləndirici, həm də vətənpərvərlik ruhunu gücləndirən dəyərli bir təcrübə olmuşdur.
Müəllim: İmarət Kərimova 8a sinfi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi