Şagirdlərin Elmi-Ekoloji Ekskursiyası

Şagirdlərin Elmi-Ekoloji Ekskursiyası

Azərbaycan Respublikası Elmlər Akademiyası Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən Zoologiya Muzeyinə və Mərkəzi Nəbatat Bağına maraqlı ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın məqsədi şagirdlərin canlılar aləmi, onların müxtəlif yaşayış mühitləri, quruluş xüsusiyyətləri və ekoloji sistemlər haqqında sinifdə öyrəndikləri biliklərin əyani şəkildə möhkəmləndirilməsi olmuşdur.
Zoologiya Muzeyində şagirdlər heyvanlar aləminin müxtəlif nümayəndələri ilə yaxından tanış olmuş, onların skelet quruluşunu, qoruyucu mexanizmlərini və təkamül proseslərini müşahidə etmişlər. Burada nümayiş etdirilən eksponatlar şagirdlərin elmi marağını daha da artırmışdır.
Ekskursiyanın ikinci mərhələsində Mərkəzi Nəbatat Bağını ziyarət edən şagirdlər burada müxtəlif iqlim qurşaqlarına aid bitkiləri, onların quruluşunu və yayılma xüsusiyyətlərini öyrənmişlər. Təbii gözəlliklərlə əhatə olunmuş bu mühüm elmi mərkəz şagirdlərə həm ekoloji biliklər qazandırmış, həm də təbiətə olan sevgilərini artırmışdır.
Ekskursiya şagirdlər üçün həm maarifləndirici, həm də unudulmaz bir təcrübə olmuşdur.
Müəllimlər: Yeganə Mizəyeva, Nuriyyə Hümmətova, Firəngiz Əliyeva, Aygün İsmayılova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi