8-ci siniflərlə “Ətraf Mühitin Qorunması” Mövzusunda Maarifləndirici Tədbir Keçirildi

8-ci siniflərlə “Ətraf Mühitin Qorunması” Mövzusunda Maarifləndirici Tədbir Keçirildi

Tədbirin məqsədi şagirdlərdə ekoloji şüurun formalaşdırılması və ətraf mühitə qarşı məsuliyyətli yanaşmanın aşılanması idi.
Tədbir çərçivəsində şagirdlər ətraf mühitin çirklənməsini əks etdirən səhnəcik təqdim etdilər. Səhnədə tullantıların ətrafa atılmasının və bunun təbiətə göstərdiyi mənfi təsirlərin real həyatla uyğun şəkildə canlandırılması tamaşaçılarda böyük təəssürat yaratdı.
Daha sonra şagirdlər ətraf mühitin qorunması ilə bağlı təqdimatlarla çıxış etdilər, müxtəlif təşəbbüslər və təkliflər irəli sürdülər. 
Tədbirin təşkilatçıları — biologiya müəllimləri Yeganə Mirzəyeva və Sonaxanım Əmirova ekoloji problemlərin cəmiyyətə təsiri haqqında danışaraq şagirdlərə vacib məlumatlar verdilər. Coğrafiya müəllimi Firəngiz Əliyeva isə mövzu ilə bağlı maraqlı faktlar və nümunələrlə çıxış etdi.
Tədbir, uşaqlarda təbiətə qarşı diqqətli münasibətin formalaşmasına və ekoloji düşüncənin inkişafına mühüm töhfə verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi