5A sinif şagirdlərimiz elmi konfransda fəal iştirak etdilər

 5A sinif şagirdlərimiz elmi konfransda fəal iştirak etdilər

Məktəbimizin 5A sinif şagirdlərindən bir neçəsi sinif rəhbərləri Elnarə Ələsgərova ilə Azərbaycan Dillər Universitetində keçirilən “Heydər Əliyev: Konstitusiya Qurucusu və Milli Suverenliyin Qarantı” adlı tələbə-şagird elmi konfransında fəal iştirak etdilər.
Tədbir çərçivəsində şagirdlərimiz mövzu ilə bağlı maraqlı çıxışlar etdilər, elmi baxışlarını bölüşdülər və universitet mühiti ilə yaxından tanış oldular. Həmçinin yerli və xarici tələbələrlə ünsiyyət qurmaq imkanı əldə edərək, sosial və akademik bacarıqlarını inkişaf etdirdilər.

Konfransın sonunda fəallıqları və uğurlu çıxışları nəzərə alınaraq şagirdlərimiz sertifikatlarla təltif olundular.

Belə tədbirlər şagirdlərimizin erkən yaşlardan elmi fəaliyyətə cəlb olunmasına və dünyagörüşlərinin genişlənməsinə mühüm töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi