Şagirdlərlə peşə seçimi mövzusunda maarifləndirici görüş keçirildi

Şagirdlərlə peşə seçimi mövzusunda maarifləndirici görüş keçirildi

Bugünkü dünyada düzgün peşə seçimi gənclərin uğurlu gələcək qurmasında mühüm rol oynayır. Bu məqsədlə məktəbimizdə Peşə Təhsili Mərkəzinin nümayəndələrinin iştirakı ilə maarifləndirici görüş təşkil olundu.

Vlll, IX və X sinif şagirdlərini əhatə edən görüş zamanı iştirakçılara peşə təhsilinin əhəmiyyəti, müxtəlif sahələr üzrə mövcud ixtisaslar və həmin sahələrin gələcəkdə əmək bazarındakı perspektivləri barədə ətraflı məlumat verildi. Görüş şagirdlərin peşə seçimi ilə bağlı maariflənməsi, öz maraq və meyillərinə uyğun düzgün istiqamətlənmələrinə dəstək olmaq məqsədi daşıyırdı.

Belə tədbirlər şagirdlərin gələcək karyera planlamasında mühüm rol oynayır və onların gələcək həyat seçimlərinə müsbət təsir göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi