Müəllimimiz Fəxri Fərmanla təltif olundu

Müəllimimiz Fəxri Fərmanla təltif olundu

YAP Nərimanov rayon təşkilatı tərəfindən məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi, pedaqoji fəaliyyətində böyük təcrübəyə malik Şahbazov Rəhman İmanverdi oğlu 65 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilmişdir. Bu mükafat müəllimimizin uzunillik səmərəli pedaqoji fəaliyyətinə və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə verilən yüksək dəyərin təzahürüdür.
Görüş çərçivəsində, həmçinin məktəbimizin üç gənc müəlliminə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim olunmuşdur.
Təhsilə və müəllim əməyinə göstərilən bu diqqətə görə YAP Nərimanov rayon təşkilatının sədri cənab Elçin Quliyevə dərin təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi