8-ci sinif valideynləri ilə görüş keçirildi

8-ci sinif valideynləri ilə görüş keçirildi
Məktəbdə 8-ci sinifdə təhsil alan şagirdlərin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüş zamanı 8-ci sinif üzrə keçirilmiş monitorinqin nəticələri valideynlərlə təhlil olundu.
Şagirdlərin tədris nailiyyətləri, qarşıya çıxan çətinliklər, onların aradan qaldırılması yolları, həmçinin şagird-valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.