Birinci siniflərin dərsdinləməsi

Birinci siniflərin dərsdinləməsi

Bu gün birinci siniflərdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslər dinlənildi. Məqsəd şagirdlərin fənlər üzrə bilik və bacarıq səviyyəsini, dərsin təşkilində istifadə olunan metod və yanaşmaları, həmçinin təlim prosesində yaranan çətinlikləri müəyyən etmək olmuşdur.

 Dərsdinləmə zamanı aşağıdakı məqamlar müşahidə olundu:
 • Şagirdlərin Azərbaycan dili və riyaziyyat fənləri üzrə əsas anlayışları mənimsəmə səviyyəsi qiymətləndirildi.
 • Müəllimlərin şagirdlərə fərdi yanaşması, şagird fəallığının təşviqi və tədris metodlarının məqsədəuyğunluğu izlənildi.
 • Dərs zamanı şagirdlərin diqqət, iştirak və dərsə maraq səviyyəsi müşahidə olundu.

Dərsdinləmənin nəticələrinə əsasən, ümumi vəziyyət qənaətbəxş qiymətləndirilmiş, eyni zamanda təkmilləşdirilməsi vacib olan sahələr qeyd olunmuşdur. Müvafiq təklif və tövsiyələr hazırlanacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi