Məktəblilərimiz Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyada beynəlxalq master-klasda iştirak etdilər

Məktəblilərimiz Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyada beynəlxalq master-klasda iştirak etdilər

 Azərbaycanın kosmik sahədə əldə etdiyi nailiyyətlərin fonunda, Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya yeniyetmə və gənclər üçün əlamətdar bir tədbirə ev sahibliyi etdi. Braziliya Kosmik Agentliyinin və İDEİA şirkətinin ölkəmizə səfər edən 5 mühəndis və ekspertindən ibarət heyəti məktəblilər üçün xüsusi master-klaslar keçdi.

Bu beynəlxalq görüş çərçivəsində şagirdlər kosmik mühəndislik, peyk texnologiyaları, uzaq məsafədən müşahidə və süni intellektin kosmosda tətbiqi kimi mövzularla tanış oldular. Ekspertlər şagirdlərlə öz bilik və təcrübələrini bölüşərək onları gələcəyin mühəndisləri və alimləri olmağa təşviq etdilər.

Görüş şagirdlərimizdə elmi marağı artırmaq, innovativ düşüncəni dəstəkləmək və qlobal elmi inteqrasiyanı təşviq etmək baxımından olduqca mühüm əhəmiyyət daşıyır. 
Bu cür təşəbbüslər ölkəmizdə kosmik biliklərin inkişafı və gənc nəslin elmi potensialının gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi