Konstitusiya və Suverenlik İli ilə əlaqədar məktəbimizdə dəyirmi masa təşkil olunub.

Konstitusiya və Suverenlik İli ilə əlaqədar məktəbimizdə dəyirmi masa təşkil olunub. Görüş zamanı şagirdlərə Azərbaycanın Konstitusiyası, onun qəbul tarixi, əhəmiyyəti və vətəndaş hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.
Müzakirələr zamanı xüsusilə dövlət suverenliyi, milli dəyərlər və hüquqi dövlət prinsipləri ön plana çəkilib. Şagirdlər mövzu ətrafında fəal iştirak edərək suallar verib, fikirlərini bölüşüblər.
Dəyirmi masa həm maarifləndirici, həm də şagirdlərdə hüquqi biliklərin formalaşmasına töhfə verən bir tədbir olub.
Müəllim: Məleykə Tağıyeva