Mərkəzi Nəbatat Bağına ekskursiya

Bu gün 2a və 2b sinif şagirdləri üçün yadda qalan bir gün olub. Onlar müəllimlərinin müşayiəti ilə Mərkəzi Nəbatat Bağına ekskursiya ediblər. Ekskursiya zamanı şagirdlər müxtəlif bitki növləri ilə yaxından tanış olub, təbiət haqqında biliklərini artırıblar. Onlar həmçinin bitkilərin quruluşu, yaşama mühiti və ətraf mühitə təsiri ilə bağlı maraqlı məlumatlar öyrəniblər. Təbiətlə ünsiyyət və canlı müşahidə şagirdlərin marağını daha da artırıb, onlarda yaşıl dünyaya olan sevgini gücləndirib. Gəzinti həm maarifləndirici, həm də əyləncəli keçib.