2a sinfi sinif təşkilat saatında açıq havada mütaliə etdi

2a sinfi sinif təşkilat saatında açıq havada mütaliə etdi

Məktəbimizin 2a sinif şagirdləri sinif təşkilat saatında fərqli və ilhamverici bir fəaliyyət həyata keçirdilər. Açıq havada keçirilən mütaliə saatı uşaqlara həm təmiz hava, həm də kitablarla baş-başa qalmaq imkanı yaratdı.

️Bu təşəbbüsün məqsədi şagirdlərdə kitab oxuma vərdişlərini təşviq etmək, mütaliə prosesini daha maraqlı və yadda qalan hala gətirmək idi. Uşaqlar sevdikləri kitabları özü ilə gətirərək yaşıllıqda rahat şəkildə oxudular və sonra oxuduqları kitablar haqqında fikirlərini bir-birləri ilə bölüşdülər.

Bu proses şagirdlərin oxuma sevgisini artırmaqla yanaşı, onlarda təbiətə qarşı müsbət münasibətin formalaşmasına da töhfə vermiş oldu.

#23AprelKitabGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi