Bullinqlə Mübarizə istiqamətində növbəti aylıq hesabat iclası

Bullinqlə Mübarizə istiqamətində növbəti aylıq hesabat iclası

Məktəbimizdə bullinqlə mübarizə sahəsində görülən işlər çərçivəsində Bullinqlə Mübarizə Rəhbərlərinin, məktəb psixoloqunun və Şagird Şurasının üzvlərinin iştirakı ilə görüş keçirildi. Görüş zamanı məktəbdəki mövcud vəziyyət ətraflı şəkildə təhlil olundu, baş verə biləcək neqativ halların qarşısının alınması üçün birgə müzakirələr aparıldı.
Görüşün əsas məqsədi məktəbdə sağlam psixoloji mühitin qorunması, şagirdlər arasında qarşılıqlı hörmət və tolerantlığın təşviq olunması, eləcə də bullinq hallarına qarşı erkən müdaxilə mexanizmlərinin gücləndirilməsi idi. Görüşdə şagirdlərin təklif və fikirləri də dinlənilərək gələcək fəaliyyət planına daxil edildi.
Məktəb rəhbərliyi bullinqlə mübarizə istiqamətində davamlı olaraq profilaktik tədbirlər həyata keçirməyi qarşıya məqsəd qoymuşdur.
#bullinqəyoxdeyək

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi