Şagirdimiz “Əlaçı” intellektual oyununun seçim turunda uğur qazandı

 Şagirdimiz “Əlaçı” intellektual oyununun seçim turunda uğur qazandı

 Aprelin 5-də ölkənin müxtəlif regionlarını əhatə edən ümumi təhsil məktəblərinin 9-cu sinif şagirdləri arasında “Əlaçı” intellektual oyununun 21-ci mövsümünün seçim turu keçirilib. Seçim mərhələsində ümumilikdə 3000-ə yaxın məktəbli iştirak edib.
 Sevinc hissi ilə bildiririk ki, seçim turunun nəticələrinə əsasən, ən yüksək nəticə göstərən 144 nəfər arasında məktəbimizin 9a sinif şagirdi  Salatın Cabbarlı da yer alıb. O, bu ilin aprel ayında İctimai Televiziyada yayımlanacaq “Əlaçı” verilişinin çəkilişlərində iştirak edəcək.
Salatını bu uğuru münasibətilə təbrik edir, ona veriliş mərhələsində uğurlar arzu edirik. Nəticədən asılı olmayaraq, bu cür intellektual yarışlarda iştirak böyük təcrübə və əsl qalibiyyət sayılır!

#MÜTDA #EduAz #SeçimMərhələsi #Əlaçı #İntellektualOyun

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi