Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş dərs

Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş dərs
Sinif təşkilat saatı çərçivəsində 1a və 3b sinif şagirdləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş filmi izlədilər.
Film zamanı şagirdlər Zərifə xanımın elmi nailiyyətləri, həkimlik peşəsinə və insanlara olan böyük sevgisi, eyni zamanda, onun Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələrlə yaxından tanış oldular.
Bu təşəbbüs şagirdlərdə vətənpərvərlik, zəhmətkeşlik və elmə maraq kimi dəyərlərin aşılanmasına xidmət etdi. Görkəmli şəxsiyyətlərin həyat yolunu tanımaq gələcəyin savadlı və vətənə bağlı gənclərinin formalaşmasında mühüm rol oynayır.