Kimya-Biologiya Aylığı Çərçivəsində Dərsdinləmələr Davam Edir

Kimya-Biologiya Aylığı Çərçivəsində Dərsdinləmələr Davam Edir

Bu dəfə Kimya fənnindən “Kimyəvi reaksiyaların əhəmiyyəti” mövzusunda dərs keçirildi.

7c sinfində baş tutan dərs müəllim Məhərrəmova Yeganə tərəfindən keçirildi. Dərsin əsas məqsədi şagirdlərin kimyəvi reaksiyaların getmə əlamətlərini müəyyənləşdirmələri, bu reaksiyaların gündəlik həyatdakı rolunu dərk etmələri və müşahidə bacarıqlarını inkişaf etdirmək idi.
Şagirdlər mövzu üzrə fəal iştirak etdilər, müşahidələr apararaq reaksiyalar zamanı baş verən dəyişiklikləri təhlil etdilər. Müəllim dərs zamanı müxtəlif vizual və praktik nümunələrdən istifadə etməklə mövzunu daha da maraqlı və anlaşıqlı şəkildə təqdim etdi.
Belə dərslər şagirdlərin elmi biliklərə olan marağını artırmaqla yanaşı, onların təcrübi bacarıqlarını da gücləndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi