Milli Qəhrəman Alı Mustafayev Anıldı

Milli Qəhrəman Alı Mustafayev Anıldı
Bu gün məktəbimizin fəxrlə adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin doğum günü münasibətilə anım tədbiri keçirildi. Anım zamanı qəhrəman jurnalistin həyat və fəaliyyətindən bəhs olundu, onun Vətənə və xalqımıza xidmətləri, xüsusilə Qarabağ müharibəsi dövründə göstərdiyi şücaət vurğulandı.
Şagirdlər vətənpərvərlik ruhunda şeirlər və çıxışlar etdilər, Alı Mustafayevin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirdilər, məktəbin divar qəzetində onun həyat yolunu əks etdirən məlumatlar yerləşdirdilər.
Görüşün əsas məqsədi gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunması, qəhrəmanlarımızın həyat yolunun örnək kimi tanıdılması və onların əziz xatirəsinin daim yaşadılmasıdır.
Alı Mustafayevin parlaq xatirəsi qəlbimizdə əbədi yaşayacaq!