Dərsdinləmələr Davam Edir: “Səmanı Seyr Edərkən Nələri Görürük?”

Dərsdinləmələr Davam Edir: “Səmanı Seyr Edərkən Nələri Görürük?”

6a sinfindəki Coğrafiya dərsi müəllim Firəngiz Əliyeva tərəfindən “Səmanı seyr edərkən nələri görürük?” mövzusunda keçirildi.
Dərsin məqsədi şagirdlərin kainatın yaranması haqqında anlayışlarını formalaşdırmaq, planetləri sadalamaq və səma cisimləri ilə bağlı ilkin biliklərini genişləndirmək idi. Müəllim dərsdə interaktiv metodlardan istifadə edərək şagirdlərin marağını daha da artırdı. Onlar Günəş sistemi, planetlər və digər səma cisimləri haqqında ətraflı məlumat əldə etdilər.
Şagirdlər fəal şəkildə müzakirələrdə iştirak etdilər, suallar verdilər və kainatın möcüzələrini birgə kəşf etdilər. 
Belə dərslər onların elmi dünyagörüşünü formalaşdırmaqda mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi