“Sağlam həyat, sağlam gələcək!” naminə “ Alkoqolizm və narkomaniya” mövzusunda məşğələ

8C sinif şagirdləri ilə Reproduktiv sağlamlığa həsr olunmuş “Sağlam həyat, sağlam gələcək!” naminə “ Alkoqolizm və narkomaniya” mövzusunda
məşğələ təşkil olunmuşdur. Narkomaniya və alkoqolizm təkcə fiziki və psixoloji sağlamlığa deyil, həm də reproduktiv sağlamlığa ciddi təsir etməsi, hormonal sistemi pozması, sonsuzluğa, hamiləlik problemlərinə və genetik pozuntulara səbəb ola bilməsi haqqında maarifləndirildilər.
Məşğələ vasitəsilə şagirdlər
Narkotikə “Başlama səbəbləri” və gətirdiyi nəticələr barədə
Narkotiklərin– beyin, ürək və reproduktiv sistemə ciddi zərər vurması barədə
Alkoqolun gələcək ailə həyatına, sağlam nəsil yetişdirməyə mane olması barədə fərqindəlik qazandılar.
Sağlam həyat tərzi seç!
Zərərli vərdişlərdən uzaq dur!
Gələcəyini və ailəni qoru!
Unutma, sənin seçimlərin gələcəyini formalaşdırır!
UBTR: Aygün İsmayılova
Sosiall pedaqoq: Familə Qasımova
#SağlamHəyat #ReproduktivSağlamlıq #ZərərliVərdişlərdənUzaqDur