Ağıllı qardaşlarımızın parlaq qələbəsi

Ağıllı qardaşlarımızın parlaq qələbəsi
Qasımov Rəşid və Qasımov Rüfət MagicBrain Beynəlxalq Mental Arifmetika Olimpiadasında nümayiş etdirdikləri yüksək nəticələrə görə bizi bir daha qürurlandırdılar. Zəhmətkeşlikləri, dəqiqlikləri və riyazi düşüncə qabiliyyətləri ilə seçilən bu ağıllı qardaşlarımızı səmimi-qəlbdən təbrik edir, onlara gələcək nailiyyətlərində bol uğurlar arzulayırıq!
Parlaq zəkanız yolunuzu daim işıqlandırsın