IX sinif şagirdlərinə buraxılış vərəqələri təqdim olundu

IX sinif şagirdlərinə buraxılış vərəqələri təqdim olundu
Məktəbimizdə IX sinif şagirdlərinə buraxılış imtahanlarında iştirak etmək üçün vərəqələr təqdim olundu. Təqdimat zamanı şagirdlərə uğurlar arzu olundu, onlara imtahan prosesində diqqətli olmaq, bilik və bacarıqlarını tam şəkildə nümayiş etdirmək tövsiyə edildi.
Əminik ki, şagirdlərimiz əldə etdikləri biliklərlə qarşıdan gələn imtahanlarda uğurla çıxış edəcək, gələcək təhsil həyatlarında əzm və inamla irəliləyəcəklər.
Bütün IX sinif şagirdlərimizə uğurlar arzu edirik!
#buraxılışimtahanı