Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirildi

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirildi

Aprel döyüşlərinin ildönümü münasibətilə məktəbimizdə anım tədbiri təşkil olundu. Tədbirin əsas qonağı Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Elm və Təhsil Nazirliyinin hərbi eksperti, “Azərbaycan Ordusu” qəzetinin sabiq baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı, hərbi publisist, Birinci Qarabağ müharibəsi və Aprel döyüşlərinin iştirakçısı, hazırda Zəkalar liseyində hərbi rəhbər vəzifəsində çalışan İbrahim Rüstəmli İbad oğlu olmuşdur.
Tədbirdə həmçinin filoloq Niman Məmmədli və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Famil Əbilov da iştirak etmişlər.
Şagirdlər İbrahim müəllimin yaradıcılığı, keçdiyi döyüş yolu və hərbi fəaliyyəti ilə yaxından tanış oldular. Qonaq tərəfindən öz həyat yoluna dair paylaşdığı xatirələr, vətənpərvərlik ruhunda söylədiyi fikirlər şagirdlərdə böyük təəssürat yaratdı. Tədbir zamanı İbrahim müəllimin qələmə aldığı şeirlər səsləndirildi və onun həyat yoluna işıq tutan təqdimatlar nümayiş olundu.
Məktəb rəhbərliyi qonağımıza dəvəti qəbul edib gəldiyi üçün öz dərin təşəkkürünü bildirdi və bu cür görüşlərin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğuladı.
#AprelDöyüşləri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi