Məktəbimizdə Novruz Tədbiri Keçirildi

Məktəbimizdə Novruz Tədbiri Keçirildi

   Məktəbimizdə teatr dərnəyinin üzvləri və birincilərin iştirakı ilə Novruz bayramı münasibətilə maraqlı tədbir keçirildi. Tədbir zamanı uşaqlar Novruz adət-ənənələri haqqında danışmış, xalq rəqslərini ifa etmiş və müxtəlif səhnəciklər təqdim etmişlər.
  Novruz bayramının mənası və əhəmiyyəti barədə uşaqların verdiyi məlumatlar tədbir iştirakçılarına bayramın tarixi və ənənələri haqqında dəyərli biliklər qazandırdı.
  Əyləncəli və öyrədici bir atmosferdə keçirilən bu tədbir həm uşaqların yaradıcılığını nümayiş etdirdi, həm də məktəbdə Novruz ruhunu yaşatdı.
#YurdumuzaBaharGəlir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi