İdman Həftəsi Çərçivəsində Məzun Şagirdlərimizlə Görüş

İdman Həftəsi Çərçivəsində Məzun Şagirdlərimizlə Görüş

İdman Həftəsi münasibətilə məktəbimizdə idman sahəsində uğur qazanan şagirdlərimizlə görüş keçirildi. Görüşdə məktəbin məzun idmançıları da iştirak edərək, gənc idmançılarımızla təsüratlarını paylaşdılar və gələcəkdə daha böyük nailiyyətlər əldə etmələri üçün motivasiya verdilər. 
Qeyd edək ki, qonaq idmançımız Sadıqli Tural  2008-ci il məzunumuzdur. O, atletika üzrə 11 qat Azərbaycan çempionudur. Beynəlxalq yarışların mükafatçısı, ümumilikdə 150-yə yaxın yarışların mükafatçısıdır. Hal-hazırda Atletika Federasiyasında məşqçi olaraq fəaliyyət göstərir.
Daha bir qonaq idmançımız Musayeva Fidan 2021-ci il məzunumuzdur. 2018-2019-cu il Karate üzrə Avropa çempionatında 1 ci yer,  2017-ci ildə Dünya Çempionatında 1-ci yer, 6 qat Respublika çempionudur.
Bu görüş şagirdlərimizin idmana olan marağını artıraraq, onların uğurlarını daha da möhkəmləndirmələrinə səbəb olacaq.
#İdmanHəftəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi