Məktəbdə Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi

Məktəbdə Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi
1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məktəbimizdə maarifləndirici tədbir təşkil olundu. Tədbirin məqsədi şagirdlərə mülki müdafiənin əhəmiyyətini izah etmək, fövqəladə hallarda davranış qaydalarını öyrətmək və təhlükəsizlik biliklərini artırmaq idi.
Tədbirdə müəllimlər, şagirdlər və məktəb rəhbərliyi iştirak etdilər. Məktəbin Çağırışaqədərki Hərbi rəhbəri tərəfindən şagirdlərə yanğın, zəlzələ, sel və digər fövqəladə hallar zamanı necə davranmaq lazım olduğu barədə məlumat verildi. Şagirdlər üçün praktik məşğələlər keçirildi, onlara fərdi mühafizə vasitələrindən istifadə qaydaları nümayiş etdirildi.
Tədbirin sonunda şagirdlər suallarını verərək daha çox məlumat əldə etdilər. Bu cür maarifləndirici tədbirlər gələcək nəsillərin təhlükəsizlik biliklərinin artırılmasına və fövqəladə hallara hazırlıqlı olmalarına mühüm töhfə verir.
#MülkiMüdafiə