11-ci sinif şagirdlərinə buraxılış vərəqələri təqdim olundu

11-ci sinif şagirdlərinə buraxılış vərəqələri təqdim olundu
Məktəbimizin 11-ci sinif şagirdlərinə buraxılış vərəqələri təqdim edildi. Təqdimatdan əvvəl məktəbin psixoloqu imtahan həyəcanının aradan qaldırılması, idarə olunması üçün effektiv üsullardan danışdı, şagirdlərə faydalı tövsiyələr verdi.
Belə ki, imtahan həyəcanından daha az təsirlənmək və ya onu idarə etmək üçün bir neçə üsullar öyrədildi:
Dərin Nəfəs məşqləri
Müsbət Fikir və Visualizasiya
Gərmə məşqləri
İntizamlı və Nizamlı İş
Vaxtın düzgün idarə edilməsi
Fiziki Aktivlik
Sosial Dəstək
Görüş motivasiya dolu və dəyərli məsləhətlərlə yadda qaldı.
Şagirdlərimizə imtahanlarda uğurlar arzulayırıq!