Ana dilimiz – milli kimliyimizin aynası

Ana dilimiz – milli kimliyimizin aynası
21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbirdə 1B və 8B sinif şagirdləri iştirak etdilər. Şagirdlər ana dilimizin zənginliyini və gözəlliyini vurğulayan şeirlər səsləndirdilər, maraqlı çıxışlar etdilər.
Tədbir boyunca ana dilinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulandı. Bu cür tədbirlər şagirdlərdə dilimizə sevgi və hörmət hissini daha da gücləndirir.
Ana dilimizi sevək, qoruyaq və yaşadaq!
#GünümüzMübarək