9-cu sinif şagirdləri ilə “Bullinq” mövzusunda maarifləndirici görüş keçirildi

9-cu sinif şagirdləri ilə “Bullinq” mövzusunda maarifləndirici görüş keçirildi
Məktəbimizdə 9a və 9b sinif şagirdləri üçün psixoloq Türkan Nəcəfovanın iştirakı ilə “Bullinq” mövzusunda maarifləndirici söhbət aparıldı. Görüş zamanı şagirdlər bullinqin fiziki, verbal, emosional, sosial və kiber növləri, onun mənfi təsirləri və qarşısının alınma yolları barədə məlumatlandırıldılar.
Məqsəd şagirdləri zorakılığa qarşı daha güclü və məlumatlı etmək, onları sağlam psixoloji mühitin qorunmasına təşviq etməkdir.