4a və 4b sinif şagirdləri ilə “Bullinq” mövzusunda maarifləndirici görüş keçirildi

4a və 4b sinif şagirdləri ilə “Bullinq” mövzusunda maarifləndirici görüş keçirildi

Məktəbimizdə 4a və 4b sinif şagirdləri ilə bullinq mövzusunda maarifləndirici söhbət aparıldı. Psixoloq Türkan Nəcəfova tərəfindən keçirilən görüşdə şagirdlər bullinqin nə olduğu, onun fiziki, verbal, emosional, sosial və kiber növləri, mənfi təsirləri və qarşısının alınma yolları barədə məlumatlandırıldılar. Görüşün məqsədi şagirdlərin zorakılığa qarşı daha güclü və məlumatlı olmalarını təmin etmək, onlara bullinqə məruz qalan şəxslərə necə dəstək olmağı öyrətmək idi. 
Maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi