Məktəbimizdə Bullinqlə mübarizə ayı çərçivəsində 7 ABC sinif şagirdlərinin iştirakı ilə maraqlı səhnəciklər təqdim olundu.

Məktəbimizdə Bullinqlə mübarizə ayı çərçivəsində 7 ABC sinif şagirdlərinin iştirakı ilə maraqlı səhnəciklər təqdim olundu.
Şagirdlər bullinqin fəsadlarını, onun qarşısını almağın yollarını və dostluğun gücünü əks etdirən kiçik səhnəciklər vasitəsilə mühüm mesajlar verdilər.
Tədbir bullinqlə mübarizədə maarifləndirmənin və empatiyanın vacibliyini bir daha vurğuladı.
Yarışma xarakterli tədbirdə münsiflər heyətinin rəyinə əsasən qalib komanda müəyyən olundu. Bu 7B sinif şagirdlərindən ibarət komandadır.
İştirak edən hər üç komandanın şagirdlərinə uğurlar arzu edirik.
#STOPBULLİNQ