"Rəqəmsal məktəb" platformasının istifadəsi ilə bağlı məktəbin direktoru sinif rəhbərləri ilə maarifləndirici görüş keçirdi.

"Rəqəmsal məktəb" platformasının istifadəsi ilə bağlı məktəbin direktoru sinif rəhbərləri ilə maarifləndirici görüş keçirdi.

 Platforma Bakı şəhərində 324 məktəbdə tətbiq olunur. 500 mindən çox şagirdi, 30 mindən çox işçi heyəti əhatə edir. 

 “Rəqəmsal məktəb” platformasında şagird, valideyn, müəllim və direktor üçün bölmələr var. 

 Şagirdlər burada günün dərsi, dərs cədvəli, dərsliklər, videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış ola, valideynlər isə platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura, övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini verə bilərlər. Həmçinin müəllimlər və direktorlar da öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə biləcəklər.
 Qeyd edək ki, platforma test rejimində işləyir. 

#ElmVəTəhsilNazirliyi #RəqəmsalMəktəb #reqemsaltehsil #digitaleducation

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi