“Bullinqlə mübarizə” aylığı çərçivəsində tədbirlər davam edir

“Bullinqlə mübarizə” aylığı çərçivəsində tədbirlər davam edir
Məktəbimizdə “Bullinqlə mübarizə” aylığı çərçivəsində 8a, 8b və 8c siniflərində psixoloq Türkan Nəcəfovanın iştirakı ilə maarifləndirici görüşlər təşkil edilib. Görüşlər zamanı şagirdlərə bullinqin növləri, onun psixoloji təsirləri və qarşısının alınması yolları barədə ətraflı məlumat verilib.
Görüş çərçivəsində “İllinois Bullinq sorğusu” və “Buss-Perri aqressiya sorğusu” tətbiq olunub, nəticələr təhlil edilib. Bu cür maarifləndirici fəaliyyətlər sağlam psixoloji mühitin yaradılmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir.
#StopBullinq #SağlamMəktəbMühiti