Məktəbdə “Bullinqlə mübarizə” aylığı çərçivəsində tədbirlər davam edir

Məktəbdə “Bullinqlə mübarizə” aylığı çərçivəsində tədbirlər davam edir
Məktəbimizdə “Bullinqlə mübarizə” aylığı çərçivəsində 5a, 7a və 7b siniflərində psixoloq Türkan Nəcəfovanın iştirakı ilə maarifləndirici görüşlər keçirilib. Şagirdlərə bullinqin növləri, psixoloji təsirləri və qarşısının alınma yolları izah edilib. Görüş çərçivəsində “İllinois Bullinq sorğusu” və “Buss Perri aqressiya sorğusu” keçirilib, nəticələr təhlil olunub.
Bu tədbirlər sağlam psixoloji mühitin formalaşmasına və dostluq münasibətlərinin güclənməsinə xidmət edir.
#StopBullinq