5a sinfində “Hansı peşə daha yaxşıdır?” mövzusunda sinif təşkilat saatı keçirildi

5a sinfində “Hansı peşə daha yaxşıdır?” mövzusunda sinif təşkilat saatı keçirildi
Sinif rəhbəri: Elnarə Ələsgərova
Şagirdlərin peşə seçimində maarifləndirilməsi və onların gələcək planlarına yön verilməsi məqsədilə sinif təşkilat saatı təşkil olundu.
Dərs zamanı şagirdlər müxtəlif peşələr haqqında müzakirələr apardılar, onların cəmiyyətə faydaları barədə fikirlərini bölüşdülər. Şagirdlər gələcəkdə seçmək istədikləri peşələr haqqında danışaraq, peşə seçimində maraq və bacarıqların vacibliyini vurğuladılar. Maraqlı müzakirələrlə zəngin keçən dərs şagirdlər üçün faydalı və motivasiyaedici oldu.