Fərdi tədris planının hazırlanması-ibtidai siniflərdə təhsil alan şagirdlərin valideynləri ilə

Fərdi tədris planının hazırlanması-ibtidai siniflərdə təhsil alan şagirdlərin valideynləri ilə
Sağlamlıq imkanları məhdud uşaqların keyfiyyətli təhsil almasını təmin etmək məqsədilə fərdi tədris planlarının hazırlanması prosesi davam edir. Bu çərçivədə ibtidai sinif şagirdlərinin valideynləri və sinif rəhbərləri ilə görüş keçirildi. Görüşdə inklüziv təhsil tələblərinə uyğun tədrisin planlaşdırılması, tətbiqi və təkmilləşdirilməsi istiqamətində konkret təkliflər irəli sürülür və sual nümunələri tərtib edilir.
İş prosesində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 11 fevral tarixli 43 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnklüziv təhsilin təşkili Qaydası” və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə” əsas götürülür.
Məqsədimiz inklüziv təhsilin keyfiyyətini yüksəltmək və hər bir şagirdin fərdi potensialını maksimum dərəcədə inkişaf etdirməkdir.
#inklüzivtəhsil #bərabərtəhsilimkanları