Məktəbdə “Bullinqlə mübarizə” aylığı çərçivəsində profilaktik tədbirlər davam edir

Məktəbdə “Bullinqlə mübarizə” aylığı çərçivəsində profilaktik tədbirlər davam edir

Məktəbimizdə “Bullinqlə mübarizə” aylığı çərçivəsində şagirdlərlə maarifləndirmə və profilaktik tədbirlər həyata keçirilir. Bu istiqamətdə 5b, 6a və 7c siniflərində psixoloq Türkan Nəcəfovanın iştirakı ilə bullinq haqqında maarifləndirici söhbət aparılmışdır.
Tədbir çərçivəsində şagirdlərə bullinqin növləri, onun psixoloji təsirləri və qarşısının alınması yolları izah olunmuşdur. Daha sonra “İllinois Bullinq sorğusu” və “Buss Perri aqressiya sorğusu” keçirilib. Bu sorğular şagirdlər arasında bullinqə məruz qalanları, bullinq edənləri və ümumi aqressiya səviyyəsini müəyyən etməyə imkan verir.
Bu cür tədbirlər məktəbdə sağlam psixoloji mühitin formalaşmasına və şagirdlər arasında dostluq münasibətlərinin güclənməsinə xidmət edir. 
Bullinqlə mübarizə istiqamətində fəaliyyətlərimiz davam edəcək.
#StopBullinq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi