Fərdi tədris planının hazırlanması davam edir – fənn müəllimləri ilə görüş

Fərdi tədris planının hazırlanması davam edir – fənn müəllimləri ilə görüş

Məktəbimizdə sağlamlıq imkanları məhdud uşaqların təhsilinin effektiv təşkili məqsədilə fərdi tədris planının hazırlanması prosesi davam edir. Bu istiqamətdə fənn müəllimləri ilə görüşlər keçirilir, inklüziv təhsil tələblərinə uyğun olaraq tədrisin planlaşdırılması və tətbiqi məsələləri müzakirə edilir.
İş prosesində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 11 fevral tarixli 43 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnklüziv təhsilin təşkili Qaydası” və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə” əsas götürülür.
Görüş zamanı müəllimlər sağlamlıq imkanları məhdud şagirdlərin ehtiyaclarına uyğun tədris planlarının hazırlanması, onların fərdi inkişafına dəstək verən metodik yanaşmaların tətbiqi və təhsil nəticələrinin obyektiv qiymətləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Məktəb rəhbərliyi və pedaqoji heyət inklüziv təhsilin keyfiyyətinin artırılması üçün bu istiqamətdə fəaliyyətlərini davam etdirəcək.

#inklüzivtəhsil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi