Məktəbimizdə Bulinqlə Mübarizə Mövzusunda Şagird Şurasının İkinci İclası Keçirildi

Məktəbimizdə Bulinqlə Mübarizə Mövzusunda Şagird Şurasının İkinci İclası Keçirildi
Şagirdlər arasında sağlam və təhlükəsiz mühitin təmin edilməsi məqsədilə Şagird Şurasının ikinci iclası keçirildi. Görüşdə əsas mövzu kimi bulinqlə mübarizə və onun qarşısının alınması yolları müzakirə olundu.
Şagirdlər məktəbdə dostluq və hörmət mühitinin yaradılması, zorakılıq hallarına qarşı birgə mübarizə aparılması mövzusunda fikir mübadiləsi apardılar. Görüş zamanı sosial məsuliyyətin artırılması və məktəb daxilində dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində müxtəlif təkliflər səsləndirildi. Aparılan işlən müzakirə olundu.
Görüşün məqsədi şagirdlərin bir-birinə qarşı anlayışlı və qayğıkeş münasibət göstərməsini təşviq etmək, eyni zamanda, məktəbdə pozitiv və inklüziv mühitin formalaşmasına töhfə verməkdir.
#StopBulinq #ŞagidŞurası