Mübariz İbrahimovun Doğum Günü 1A sinfində də qeyd olundu

Mübariz İbrahimovun Doğum Günü 1A sinfində də qeyd olundu
Bu gün məktəbimizdə Vətənimizin qəhrəman oğlu Mübariz İbrahimovun anadan olmasının ildönümü qeyd olundu. 1a sinif şagirdləri müəllimləri Nahidə Əzizovanın rəhbərliyi ilə qəhrəmanımızın şərəfli həyat və döyüş yoluna həsr olunmuş tədbir keçirərək, şeirlər səsləndirdilər və vətənpərvərlik ruhunda çıxışlar etdilər.
Tədbirin məqsədi şagirdlərdə vətən sevgisini və milli qüruru aşılamaq idi.