STEAM Dərsi: Naqillərin Xassələri və Müqavimət

STEAM Dərsi: Naqillərin Xassələri və Müqavimət

7b sinifində STEAM dərsi çərçivəsində “Naqillərin xassəsi. Müqavimət” mövzusunda maraqlı və interaktiv dərs keçirildi. Müəllim Elmira Mirzəyevanın rəhbərliyi ilə şagirdlər elektrik naqillərinin keçiricilik qabiliyyətini, müxtəlif materialların müqavimətini və Om qanununun tətbiqini öyrəndilər.
Naqillərin ardıcıl və paralel birləşməsindəki qanunauyğunluqlar öyrənildi və tətbiq edildi.
Dərs zamanı şagirdlər praktiki təcrübələr apararaq naqillərin müqavimətinin uzunluq, qalınlıq və materiala görə necə dəyişdiyini müşahidə etdilər. Bu yanaşma onların elm və texnologiyanı daha dərindən qavramasına, praktik biliklər əldə etməsinə kömək etdi.
STEAM dərsləri məktəbimizdə şagirdlərin yaradıcı düşüncəsini inkişaf etdirmək, elmi bilikləri təcrübə ilə birləşdirmək və innovativ yanaşmaları təşviq etmək məqsədilə davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi