Pedaqoji Şuranın növbəti iclası keçirilib

Pedaqoji Şuranın növbəti iclası keçirilib
- Fevralın 6-sı məktəbimizdə 2024-2025-ci tədris ilinin I yarımilinin yekunlarına həsr olunmuş Pedaqoji Şuranın iclası keçirilib. İclasda məktəb rəhbərliyi və pedaqoji kollektivin iştirakı ilə yarımil ərzində görülmüş işlər, təhsil keyfiyyətinin artırılması istiqamətində atılan addımlar və qarşıda duran vəzifələr müzakirə olunub.
- İclasda Böyük Summativ Qiymətləndirmələrin nəticələri təhlil edilib, şagirdlərin dərsə davamiyyəti və ümumi göstəricilər qiymətləndirilib. Buraxılış imtahanlarına hazırlıq vəziyyəti xüsusi diqqət mərkəzində saxlanılıb, şagirdlərin imtahanlara psixoloji və akademik baxımdan daha yaxşı hazırlaşmaları üçün görüləcək tədbirlər müzakirə olunub. Müəllimlər tərəfindən imtahan nəticələrinin yaxşılaşdırılması üçün təkliflər səsləndirilib.
- Eyni zamanda, məktəbdə sağlam-psixoloji mühitin qorunması, şagirdlərin psixoloji sağlamlığının və təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən tədbirlər dəyərləndirilib. Şagirdlərin təlim prosesində qarşılaşdıqları çətinliklər və onların həlli yolları barədə geniş fikir mübadiləsi aparılıb. Tədris prosesinin daha effektiv təşkili və II yarımildə həyata keçiriləcək tədbirlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
- İclasın sonunda pedaqoji kollektiv qarşıdakı dövr üçün prioritet istiqamətləri müəyyənləşdirib və şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində görüləcək işlərin vacibliyi vurğulanıb.
Eləcə də, fəaliyyəti Dövlət İmtahan Mərkəzi tərəfindən yüksək qiymətləndirilən müəllimlər Təşəkkürnamə ilə təltif olunmuşlar.#PedaqojiŞura202