Birinci sinif şagirdləri ilə emosional vəziyyətin yaxşılaşdırılmasına dair qrup məşğələsi keçirildi

Birinci sinif şagirdləri ilə emosional vəziyyətin yaxşılaşdırılmasına dair qrup məşğələsi keçirildi
Məktəbimizdə birinci sinif şagirdlərinin emosional vəziyyətinin yaxşılaşdırılması, ixtiyari diqqətin və məkan qavrayışının inkişafı, eləcə də şəxsiyyətlərarası münasibətlərin qurulmasına xidmət edən qrup məşğələsi keçirildi.
Məşğələ zamanı şagirdlərin fəallığını artırmaq və onların psixoloji rifahına töhfə vermək məqsədilə “Havada hərfləri çəkirik” oyunu, “Dostluq körpüsü” çalışması, “Yumruq, qabırğa, ovuc” çalışması kimi metodlardan istifadə olundu. Bu interaktiv çalışmalar şagirdlərə həm oyun şəklində öyrənmək, həm də dostluq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı yaratdı.
Bu cür korreksion məşğələlər məktəbimizdə inklüziv və dəstəkverici mühitin formalaşmasına xidmət edir.
#PsixolojiXidmət
#KorreksionMəşğələ