Yaradıcı müəllimimiz mükafatlandırılıb

    Yaradıcı müəllimimiz mükafatlandırılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb. 
Mükafatlandırılma mərasimində millət vəkilləri Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Elçin Mirzəbəyli, Tamam Cəfərova, Şahin Seyidzadə, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, ETN və İdarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva, Əməkdar müəllimlər Nəzakət Əliyeva və Afət Allahverdiyeva, müsabiqə qalibləri, məktəbdənkənar və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Məktəbimizin müəllimi Elnarə Ələsgərova müsabiqədə uğurla iştirak edərək Tərifnamə ilə təltif olunmuşdur.
Bu mükafat onun peşəkarlığının, yaradıcılıq bacarığının və tədris prosesində innovativ yanaşmalar tətbiq etməsinin bariz nümunəsidir. 
Müəllimimizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!

#YaradıcıMüəllim#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi