Məktəbimizdə “Emosional Zəka” Mövzusunda Seminar Keçirildi.

    Məktəbimizdə “Emosional Zəka” Mövzusunda Seminar Keçirildi.

Bu gün məktəbimizdə AGMA-nın təşkilatçılığı ilə “Emosional zəka” mövzusunda interaktiv və maraqlı seminar keçirildi. Seminar İbtidai Sinif Müəllimləri Birliyinin Sədri Ülviyyə Ələkbərovanın təqdimatında baş tutdu. Eyni zamanda, məktəb üzrə koordinator, ibtidai sinif müəllimi Nahidə Əzizova da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşdü.

Seminar zamanı aşağıdakı məsələlər müzakirə edildi:

  • Müəllimlərin şagirdlərini emosional zəka vasitəsilə necə motivasiya edə biləcəyi və sinifdə müsbət əlaqələr yaratma yolları
  • Emosional zəkanın dərs planlarına daxil edilməsi və şagirdlərin emosional inkişafına dəstək olunmasının yol və vasitələri
  • Müəllimlərin öz streslərini idarə etmələri və şəxsi inkişaflarını təmin etmək vasitələri

Tədbir müəllimlər üçün faydalı diskussiyalar və təcrübə mübadiləsi imkanı yaratdı. Bu kimi seminarların müəllimlərin peşəkar inkişafına və tədris prosesinin keyfiyyətinin artırılmasına mühüm töhfə verdiyinə inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi