Şagirdlərimizin Qış Tətilində Teatr Səyahəti

Şagirdlərimizin Qış Tətilində Teatr Səyahəti
Qış tətili günlərində məktəbimizin şagirdləri Gənc Tamaşaçılar Teatrına maraqlı səfər edərək M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasına baxıblar. Bu səfər onların mədəni inkişafına töhfə verməklə yanaşı, klassik Azərbaycan ədəbiyyatına olan maraqlarını daha da artırıb. Şagirdlərimiz tamaşa zamanı həm əylənib, həm də dərin məzmunlu ibrətamiz səhnələrdən faydalanıblar.
Belə mədəni tədbirlər şagirdlərimizin dünyagörüşünü genişləndirir və onların estetik zövqünü formalaşdırır.