Challenge 5 üzrə qiymətləndirmə prosesi başa çatdı

Challenge 5 üzrə qiymətləndirmə prosesi başa çatdı

 28 yanvar 2025-ci il tarixində Challenge 5-in icrası üzrə CMG qruplarının fəaliyyətləri jüri heyəti qarşısında qiymətləndirildi. Görüşdə həm yerli ekspertlər, həm də İsraildən dəvət edilmiş beynəlxalq ekspertlər iştirak etdi.  Şagirdlərin kreativlik, innovasiya və tətbiqetmə bacarıqları əsasında təqdimatları qiymətləndirildi.
Challenge 5-in icrası üzrə qiymətləndirmə prosesi uğurla tamamlandı. Yaxın zamanda bütün challenge-lər üzrə nəticələr ümumiləşdirilərək növbəti mərhələyə keçid edən ümumtəhsil müəssisələrinin siyahısı iştirakçı məktəblərə təqdim ediləcəkdir.
Bu proses iştirakçı komandaların inkişafına və yeni təcrübələr qazanmasına dəyərli töhfə verdi. Gələcək mərhələlərdə komandamıza və iştirak edəcək digər məktəblərin komandalarına uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi