4, 7 və 9-cu siniflərdə BSQ1 keçirildi

4, 7 və 9-cu siniflərdə BSQ1 keçirildi
Bu gün məktəbimizdə 4, 7 və 9-cu sinif şagirdləri üçün I yarımilin Böyük Summativ Qiymətləndirmə (BSQ1) keçirildi. İmtahanlar şagirdlərin bilik və bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək, onların dərs prosesində əldə etdikləri nəticələri dəyərləndirmək məqsədi daşıyır.
İmtahanlar tədris planına uyğun olaraq müxtəlif fənlər üzrə təşkil edilmiş və hər bir şagirdin iştirakına xüsusi diqqət ayrılmışdır. BSQ1-in nəticələri həm şagirdlərin gələcəkdə inkişaf istiqamətlərini müəyyənləşdirmək, həm də müəllimlərin tədris prosesini daha səmərəli qurması üçün mühüm rol oynayır.
Məktəb rəhbərliyi BSQ1-in keçirilməsində dəstək olan bütün müəllim və inzibati heyətə təşəkkür edir və şagirdlərə uğurlar arzulayır.
#BSQ1SON