Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi üzrə Onlayn Brifinq Keçirildi

Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi üzrə Onlayn Brifinq Keçirildi

22 yanvar 2025-ci il tarixində saat 12:00-dan 13:00-dək Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi iştirakçısı olan məktəblilər üçün onlayn formatda brifinq keçirildi. Tədbirdə Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsinin beynəlxalq və milli komitələrinin nümayəndələri iştirak etdilər.
Brifinqin əsas məqsədi müsabiqə iştirakçılarına layihə haqqında ümumi məlumat təqdim etmək, qısa çıxışlarla müsabiqənin əhəmiyyətini vurğulamaq və iştirakçıları salamlayaraq onlara uğurlar arzulamaq idi.
Görüş zamanı nümayəndələr müsabiqənin məqsəd və qaydaları, o cümlədən layihə təqdimatı üçün vacib olan mərhələlər barədə geniş məlumat verdilər.  
Şagirdlər interaktiv formada öz suallarını ünvanlayaraq layihəyə dair dəyərli məlumatlar əldə etdilər.
Bu cür tədbirlər gənclərin elmi-texniki biliklərinin artırılması və innovasiya potensiallarının inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi iştirakçılarına uğurlar arzu edirik!
#ElmVəİnnovasiya #MilliPeykMüsabiqəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi