Məktəbimizdə Şagirdlərlə “Bulinqlə Mübarizə” Mövzusunda Görüş Keçirildi

Məktəbimizdə Şagirdlərlə “Bulinqlə Mübarizə” Mövzusunda Görüş Keçirildi

Məktəbimizdə şagirdlər arasında sağlam mühitin təmin edilməsi, qarşılıqlı hörmət və tolerantlığın təşviq olunması məqsədilə “Ümumtəhsil müəssisələrində bulinqlə mübarizəyə dair qaydalar”a əsasən maarifləndirici görüş keçirildi.
Tədbir çərçivəsində Bulinqlə Mübarizə Rəhbərləri (BMR) və Şagird Şurası üzvləri şagirdlərlə bir araya gələrək, bulinqin mənfi təsirləri, qarşısının alınması yolları və məktəbdə bu mövzuda tətbiq olunan qaydalar haqqında geniş müzakirələr apardılar. Görüşdə həmçinin Bulinqlə Mübarizə Şurasının (BMŞ) üzvləri – məktəb direktoru, psixoloq, UBTR və sosial pedaqoq iştirak edərək şagirdlərin fikirlərini dinlədilər və onları maarifləndirdilər.
Görüş zamanı şagirdlərə qarşılıqlı hörmətin önəmi vurğulandı və məktəbdə mehriban və təhlükəsiz mühitin formalaşdırılmasının hər kəsin məsuliyyəti olduğu bir daha xatırladıldı.
Bu cür tədbirlər məktəbdə xoşagəlməz halların qarşısını almaq və şagirdlər arasında birlik və həmrəyliyi gücləndirmək məqsədini daşıyır.

#StopBulinq #TəhlükəsizMəktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi